şənbə 11 iyul 2026 - 17:35
Şəhidlərin pak qanının qisasını cinayətkar və rüsvayçı qatillərdən alacağıq / İran və İraqda xalqın tarixi iştirakına səmimi təşəkkür

Hövzə / Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei bəyanatında İran və İraq xalqının “şəhid Ayətullah Xameneinin” dəfn mərasimində on milyonlarla insanın iştirakına görə səmimi təşəkkürünü bildirərək, şəhid Ayətullah Seyid Əli Xameneiyə xitabən vurğulayıb: Biz sizin pak qanınızın və bu iki müharibənin bütün şəhidlərinin qanının intiqamını cinayətkar və rüsvayçı qatillərdən alacağımıza əhd bağlayırıq. Bu intiqam xalqımızın tələbidir və hökmən həyata keçirilməlidir. Əvvəldən axıra kimi adları məlum olan bu cinayətkarlar rahat şəkildə öz yataqlarında ölmək arzusunu özləri ilə qəbirə aparacaqlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müraciətinin mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

اَلسَّلامُ عَلَیکَ یا ثارَاللهِ وَ ابنَ ثارِهِ وَ الوِترَ المَوتور. اَلسَّلامُ عَلَیکَ وَ عَلی جَدِّکَ وَ اَبیکَ وَ اُمِّکَ وَ اَخیکَ وَ المَعصومینَ مِن وُلدِک.

Allah Rəsulunun (s) risalətinin həyat bəxş edən çağırışını tarix boyu ümmətin ən uzaq üfüqlərinədək əks etdirən qiyamın sahibi olan İmam Zamana (ə.f) salam olsun! Elə bir qiyam ki, onun təsirindən İran İslam İnqilabı meydana gəldi. Əvvəldən  Hüseyni olan, İmam Hüseynin (ə) şüarı və yolu ilə formalaşıb inkişaf edən bir inqilab. İranın şəhid lideri də məhz bu məktəbdə yetişdi. O, Hüseynçi idi, İmam Hüseyni kimi düşündü, onun kimi hərəkə, cihad və  həmçinin müqavimət göstərdi. İmam Hüseyn (ə) kimi yaşadı və İmam Hüseyn (ə) məktəbi uğrunda öz pak qanını qurban edərək şəhadətə çatdı.

Hüseynçi olanlar arasında elələri vardır ki, Hüseynin (ə) yolu, məktəb və onun yolu uğrunda məzlumcasına qanları axıdıldıqda, İslam ümməti ayağa qalxır. O zaman həmin vaxt Aşuraya, həmin məkan isə Kərbəlaya qovuşur.

Bu gün də həmin İmam Hüseyn (ə) coşqsu xalqımızı yenidən dirçəltmiş, böyük İmam Xomeyni və şəhid Xameneinin məktəbinə yeni bir təcəlli bəxş etmişdir. Bu, Hüseynin (ə) məzlumiyyət fəryadının və onun «هَل مِن ناصِرٍ یَنصُرُنی» (Bir kömək edən vaemı?!) nidalarının İranda, daha sonra İraqda və digər ölkələrdə yaratdığı həyat bəxş edən böyük həyəcanın təzahürüdür. Bu elə bir həyəcandır ki, batili sarsıdır.

Bu münasibətlə İran və İraqın şəhər və kəndlərində, xüsusilə Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində keçirilən mərasimlərdə on milyonlarla insanın heyrətamiz, düşməni sarsıdan və tarixi iştirakına səmimi qəlbdən təşəkkür edirəm.

Xalqımız İmam Hüseynin (ə) qanının intiqamını alan xalqdır. Bu böyük xalq illər boyu öz övladlarını İmam Hüseynin (ə) yolu və İmam Hüseynin (ə) yolunun düşmənləri ilə mübarizə uğrunda fəda etmişdir. Bu gün də o, həm  İmam Hüseynin (ə), həm də dövrümüzün Hüseynçilərinin qanının intiqamını tələb edir.

İndi isə şəhid Ayətullah Seyid Əli Xameneyiə üz tutaraq deyirəm:

Ey məzlumcasına qətlə yetirilən! Ey başıuca məzlum! Ey Allahın saleh bəndəsi! Bu gün gözlərimiz yaşlı, qəlblərimiz yaralı halda sizin pak cənazənizlə vidalaşarkən sizinlə əhd bağlayırıq ki, məktəbinizi qoruyacağıq, sizin cızdığınız doğru yolu mətanətlə davam etdirəcəyik, bu yolda heç bir çətinlikdən qorxmayacağıq və sizin kimi ilahi müjdələrə və vədlərə könül bağlayacağıq.

Əhd bağlayırıq ki, sizin pak qanınızın və bu iki müharibənin bütün şəhidlərinin qanının intiqamını cinayətkar və rüsvayçı qatillərdən alacağıq. Bu intiqam xalqımızın tələbidir və hökmən həyata keçirilməlidir.

Adları başdan sona qədər məlum olan bu cinayətkarlar rahat və yataqda ölüm arzusunu özləri ilə qəbrə aparacaqlar. Onlar bilməlidirlər ki, bu məsələ mənim və ya digər məsul şəxslərin mövcudluğundan asılı deyil. Biz olsaq da, olmasaq da, bu ilahi vəzifə mütləq yerinə yetiriləcək və çox keçmədən dünyanın müxtəlif yerlərində azad insanlar bu ilahi missiyanın hər biri bir hissəsini həyata keçirəcəklər.

Ey ümmətin şəhid atası! Ömrünüz boyu həsrətini çəkdiyiniz şəhadət şərbətini içməyiniz sizə mübarək olsun. Pak ananız həzrət Zəhra (ə), cəddiniz İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) nişanələrini daşıyan bədəninizə şəhadət xələtinin geyindirilməsi sizə mübarək olsun.

Onunla eyni zamanda şəhid olmuş məzlum yol yoldaşları! Düşmənin qəfil hücumuna məruz qalaraq şəhadətə yetişənlər! Xoş sizin səadətinizə! İndi siz o Mövlanın (İmam Rza(ə)) qonağısınız ki, bəlkə də dəfələrlə onun mərhəmətini və lütfünü hiss etmişdiniz. Elə bir İmam ki, ilahi rəhmətin qapısı bütün insanlar, xüsusilə də bu diyarın əhalisi üçün açıqdır. İndi O, sizin ev sahibinizdir və onun təhlükəsiz qonşuluğu sizin əbədi məskəniniz olmuşdur.

Ey uca məqam sahibi! Ey böyük şəxsiyyət! Ey Rauf İmam! Ey İmam Rza (ə)! Allahın ən üstün salavatları Sizə olsun. İndi sizin və pak Əhli-beytin xidmətçilərindən olan bir xidmətçinin parçalanmış cismi, illərlə davam edən yorulmaz səy, fədakarlıq və dayanmadan etdiyi mübarizədən sonra, ailəsindən olan və hər biri Kərbəla səhrasının şəhidlərindən birini xatırladan şəhidlərin pak nəşləri ilə birlikdə bu müqəddəs torpaqda dəfn olunub.

Bu hal, ilahi əmrlə aləmi işıqlandıran günəş həzrət İmam Zamanın (ə.f.) qeybət buludlarının arxasından zühur edəcəyi və yer üzünün insanlarına ilahi rəhmət nurunu saçacağı günədək davam edəcək. Ümid edirik ki, çox yaxın olan həmin gündə siddiqlər, şəhidlər və Allah övliyalarından olan ulduzlar həzrət İmam Zamanı (ə.f) müşayiət edəcəklər. Ümid edirik ki, şəhid Ayətullah Seyid Əli Xamenei də onlardan biri olacaq, bir daha cihadın, «اَلَست» (Allahla bağlanmış ilkin əhdə sədaqət) əhdinə sədaqətin və vəfanın parlaq və saf səhnələrini nümayiş etdirəcək. Bəlkə də bu şəhid yoldaşları həmin gün də onu müşayiət edəcəklər.

Ey Rauf Mövlamız! Hər şeyini sizin yolunuzda fəda etmiş rəhbərimizi və onun şəhid yoldaşlarını sizin lütf və inayətinizə tapşırırıq ki, eyni ilə, dünya həyatlarında sizin mərhəmətinizdən bəhrələndikləri kimi, bundan sonra da eyni şəkildə, hətta ondan qat-qat üstün və daha artıq şəkildə sizin lütfünüzdən faydalansınlar.

Sonda bir daha Həzrət İmam Zamana (ə.f.) başsağlığı verir və o mehriban İmamdan xahiş edirik ki, öz pak dualarını İranın şəhid rəhbərinə, onun şəhid yoldaşlarına və bütün şəhidlərə şamil etsin. Uca Allahdan bütün şəhidlər üçün ali məqamlar, onların geridə qalan yaxınları üçün səbir və mükafat, məzlum İran xalqı üçün isə qəti və yaxın qələbə və ilahi yardım diləsin. 

Seyid Müctəba Hüseyni Xamenei

9 iyul 2026 (18 tir 1405)

Rəyiniz

You are replying to: .
captcha